AÇG bloku üzrə yeni saziş tezliklə imzalana bilər
SOCAR 2016-cı ilin iyununda “Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqları üzrə yeni saziş imzalaya bilər.
Yeni saziş mənfəət bölgüsü sazişi (production sharing agreement) olacaq. Saziş mövcud tərəfdaşlarla imzalanacaq. Bunlar BP (35,78% - оператор), Chevron (11,27%), ExxonMobil (8%), ONGC (2,72%), SOCAR (11,65%), Inpex Corp. (10,96%) və ITOCHU Oil (4,3%), Statoil (8,56%), TPAO (6,75%) şirkətləridir.
Turan Agentliyi hökumət mənbələrindən öyrənib ki, indiki saziş 2024-cü ilə kimi qüvvədə olacaq sazişin uzadılması deyil. Yeni saziş 25 illik – 2041-ci ilin sonuna kimi (saziş yenə Milli Məclisdə təsdiq edilməldir) olacaq.
Dövlətin yeni sazişdə bir sıra imtiyazları olacaq. “Əlbəttə, ölkədə investorların iş şəraiti yaxşılaşıb. Onların riskləri 90-cı illərin ortalarındakından dəfələrlə azalıb. Ona görə kommersiya şərtləri də fərqli olacaq”, - deyə Turan-ın müsahibi bildirib.
İlkin məlumata görə, yeni saziş çərçivəsində “Azəri” yatağında 48 quyuluq yeni özül tikiləcək. Bundan başqa, mövcud platformalar genişləndiriləcək və onlardan 150 quyu qazılacaq.
1 yanvar 2016-cı ilə kimi AÇG-də 385,6 mln ton neft çıxarılıb. 2041-ci ilin sonuna kimi AÇG-dən 900 mln ton neft çıxarılması planlaşdırılır. Sonrakı illərdə yeni texnologiyalara ehsabına çıxarıla biləcək neft həcmini 100-150 mln ton artırmaq olar. –12В--
-
- İqtisadiyyat
- 10 Aprel 2016 10:34
-
- İqtisadiyyat
- 10 Aprel 2016 10:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz