SOCAR Türkiyədə 1800 YDM ala bilər
SOCAR Türkiyədə OMV Petrol Ofisi şirkətinin səhmlərini almaqda maraqlıdır.
2016-cı ilin əvvəlində Avstriya şirkəti xərclərini optimallaşdırmq üçün OMV Petrol Ofisi A.S-nin bütün səhm zərfini satmaq qərarına gəlib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, bu məsələ OMV-nin təklif və şərtlərindən asılıdır: "OMV Türkiyədəki yanacaqdoldurma məntəqələrinin satışını elan edib və biz bu məsələdə maraqlıyıq. Lakin hər şey bu sövdələşmənin şərtlərinin nə qədər sərfəli olacağından asılıdır". Türkiyə KİV-nin məlumatına görə, səhmləri SOCAR-la yanaşı, Çin və Yaponiya şirkətləri də almaq istəyir.
Qeyd edək ki, 2017-ci ilin sonunda SOCAR-ın İzmirdəki STAR NEZ zavodunun tikintisi başa çatır. SOCAR-ın öz NEZ-inin olması neft məhsulların satışı şəbəkəsini də zəruri edir.
* Hazırda OMV Petrol Ofisinin Türkiyədə 1785 YDM-i, mineral yağ istehsal edən fabrikir, LPG terminalı (sıxılmış qaz) var. Avstriyanın OMV AG şirkəti 2010-cu ildə Dogan Siketler Gruрundan 54% səhmi $1,3 mlrd-a alıb və sonra payını 96%-ə çatdırıb.—0--
-
- İqtisadiyyat
- 10 Aprel 2016 10:39
-
- İqtisadiyyat
- 10 Aprel 2016 10:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz