BP-Azerbaijan şirkətinin 2012-ci ilin oktyabrından gördüyü tədbirlərə baxmayaraq “Azəri-Çıraq-Günəşli” kontrakt meydançasında hasilat sürətlə azalır.
BP-Azerbaijan şirkətinin hesabatına əsasən, 2013-cü ilin 9 ayında AÇG kontrakt meydançasında 10 istismar quyusu, “Çıraq” platformasından 3 yeni quyu istifadəyə verilib. Amma platformada orta sutkalıq hasilat 5 200 barrel azalıb.
AÇG-nin ən iri platforması olan “Mərkəzi Azəri”də 4 yeni quyu istifadəyə verilib. Amma bu, uğur gətirməyib – platformada orta sutkalıq hasilat 13 000 barrel azalıb.
BP-Azerbaijan şirkəti yalnız “Qərbi Azəri” platformasında hasilatı sabit saxlaya bilib. Burda cəmi 1 istismar quyusu istifadəyə verilib. Amma orta sutkalıq hasilat 300 barrel azalıb.
Ən yüksək hasilat azalması “Şərqi Azəri” platformasında olub. Bu, təsadüfi deyil. Bu il bu platformada bir dənə də istismar quyusu istifadəyə verilməyib. Üstəlik, bir subasma quyusu istismardan çıxarılıb. Nəticədə orta sutkalıq hasilat 26 min barrel azalıb.
BP-Azerbaijan şirkətinin hasilat artımı olan yeganə platforması “Dərinsulu Günəşli”dir. Burda 4 quyu qazılması nəticəsində müsbət nəticə alınıb. Bu həm də ən gec istismara verilən hasilat platformasıdır. Burda neft 2008-ci ilin aprelindən çıxarılır.
| Platformalar | 2013-cü ilin 9 ayı | 2012-ci ilin 9 ayı |
| Çııraq | 70 800 | 76 000 |
| Mərkəzi Azəri | 150 700 | 163 000 |
| Qərbi Azəri | 191 700 | 192 000 |
| Şərqi Azəri | 113 000 | 139 000 |
| Dərinsulu Günəşli | 137 000 | 114 000 |
| Cəmi | 663 200 | 684 000 |
Rəy yaz