AÇG-də neft hasilatı çətinləşir: xərclər artır, həcm azalır
“Azəri-Çıraq-Günəşli” yatağında neft hasilatı çətinləşir. Bunu BP-Azerbaijan şirkətinin yaydığı məlumatlar da göstərir.
Şirkətin məlumatına əsasən, 1 aprel 2013-cü il üçün AÇG-nin quyu fondu 94 olub.
'Çıraq-1" platformasında 14 quyu istismardadır, onların 10-u hasilat, 4-ü subasma quyusudur. "Mərkəzi Azəri" platformasında 21 quyu (15 hasilat, 5 qazvurma və 1 suvurma), "Qərbi Azəri"də - 21 quyu (16 – hasilat və 5 suvurma), "Şərqi Azəri"də - 16 quyu (12 hasilat və 4 suvurma), "Dərinsulu Günəşlidə" - 22 quyu (11 hasilat və 11 suvurma) var.
I rübdə AÇG-də 64 hasilat quyusundan sutkada 662 min barrel, 2013-cü ilin yanvar-martında cəmi 59,6 mln barrel (8,06 mln ton) neft çıxarılıb. AÇG çərçivəsində istismar xərcləri $198 mln olub.
Müqayisə üçün deyək ki, 2012-ci ilin I rübündə AÇG-də 60 hasilat quyusu (o cümlədən 30 texniki quyu - red.) fəaliyyətdə olub. Onlardan sutkada 711,8 min barrel neft çıxarılıb. Bir il əvvəl konsorsium bu həcmə üçün $169,1 mln xərcləyib.
Qeyd edək ki, AÇG-də hasilatın piki 2010-cu ilin III rübündə olub. Bundan sonra hasilat azalmağa başlayıb.
* AÇG-nin iştirakçıları bunlardır: BP (operator- 35,78%), ARDNŞ (11,65%), Chevron – 11,27%, Inpex – 10,96%, Itochu – 4,3%, ExxonMobil (8,0006%), ONGC Videsh Ltd (2,72%), Statoil (8,56%), TPAO (6,75%).--12В--
-
- Siyasət
- 13 May 2013 12:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz