ADY yeni qatarlar gətirəcək
Azərbaycan Dəmir Yolları" QSC Bakı-Sumqayıt elektrik qatarları ilə sərnişin daşınması imkanları genişləndiriləcək. Bunu jurnalistlərə QSC sədri Cavid Qurbanov deyib.
Bakı-Sumqayıt dəmir yolu üçün “Stadler Rail Group” şirkətinin daha iki qatarı gətiriləcək. Onun sözlərinə görə, qatarlardan biri artıq yoldadır, ikincisi isə dekabrın sonunda və ya yanvarın əvvəlində Bakıya gələcək: “Həmçinin Riqadan gələn köhnə qatarlarımız var, onları təmir etmişik. Əgər lazım olarsa, həmin qatarları dəmir yoluna buraxa bilərik”. C.Qurbanov qeyd edib ki, dəmir yollarında gediş kartlarından istifadəyə keçid də planlaşdırılır.
Gələcəkdə Bakı-Zabrat-Pirşağı-Novxanı-Corat-Sumqayıt marşrutu ilə hərəkət bərpa ediləcək. Hazırda yol boyu qanunsuz tikililər sökülür, keçidlər tikilir və s. Bu işlərə $500-550 mln xərclənəcək.
Qurbanov deyib ki, Bakı-Sumqayıt xətti üzrə gediş haqqı dəyişməyəcək. Hazırda xidmətdən hər gün 3 min nəfər istifadəe dir. Marşrut genişləndiriləndən sonra bu göstərici 20-30 min nəfərə çatacaq. --17D—
-
- İqtisadiyyat
- 17 Dekabr 2015 14:14
-
- İqtisadiyyat
- 17 Dekabr 2015 14:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz