Lisenziyalar və icazələr haqqında qanun layihəsi müzakirə edilib
Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq üzrə komitəsində "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi müzakirə olunub.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, hazırda lisenziayalar 15 günə verilir, təklifdə əsasən lisenziyaların verilməsinin müddətinin 10 iş günü, icazələr üçün isə 7 iş gününə kimi azaldılması planlaşdırılır. “Ölkədə lisenziyalaşdırma sahəsi tənzimlənir və bu sahədə müəyyən hüquqi baza olsa da, icazələr üçün hüquqi baza yoxdur. Ona görə, bu layihədə "icazələr" anlayışı da əksini tapıb və icazələrin hüquqi bazası formalaşdırlır. Bundan başqa, lisenziya və icazələrin verilməsi prinsiplərinin sadələşdirilməsi, sərf olunan vaxtın azaldılması, "bir pəncərə" prinsipinin tətbiqi nəzərdə tutulub. Layihədə əsas məqam lisenziya və icazələrlə bağlı vahid siyasətin müəyyənləşdirilməsi ilə bağlıdır. Layihədə yeni prinsiplərdən biri də bu sahədə "susmaqla razılıq" prinsipidir. Yəni, sahibkarın hər hansı fəaliyyət üçün müraciətinə dövlət orqanı tərəfindən cavab verilməzsə, sahiblar fəaliyyətə başlaya bilər.
Xatırladaq ki, Azərbaycanda lisenziyalar 59 fəaliyyət növü üzrə 23 dövlət orqanı tərəfindən verilir. ---17D—
-
- Cəmiyyət
- 17 Dekabr 2015 14:05
-
- İqtisadiyyat
- 17 Dekabr 2015 14:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz