Кястутис Янкаускас
Aİ səfiri: �Aİ aviasiya sazişi ilə bağlı Azərbaycanın təkliflərini gözləyir�
Bakı/12.07.19/Turan: Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri uğurlu keçib və tərəflər əməkdaşlığı inkişaf etdirmək niyyətini təsdiqləyiblər. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas bu gün jurnalistlərə bildirib.
Səfir bir daha deyib ki, Aİ və Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlar son mərhələdədir.
"Prezident İlham Əliyev Donald Tusk ilə görüşündə qeyd edib ki, yeni saziş üzrə bir çox məsələlər öz həllini tapıb, qalan məsələlər tərəfdaşlıq ruhunda həll ediləcək", - səfir deyib.
O bildirib ki, Aİ danışıqları başa çatdırmaq və yeni sazişi imzalamaq istəyir.
K.Yankauskas xatırladıb ki, 2017-ci ildən tərəflər aviasiya sazişi üzrə danışıqları yenidən aktuallaşdırıblar.
"Aviasiya sazişi həm iqtisadiyyatın diversifikasiyası, turizm artımı, həm də Azərbaycanın da can atdığı nəqliyyat xabının yaradılması baxımından ölkə üçün faydalı olacaq. Hazırda biz aviasiya sazişi ilə bağlı Azərbaycan tərəfinin təkliflərini gözləyirik", - o bildirib.
Səfir qeyd edib ki, müqavilə imzalamayınca buraxılmış böyük imkanlar baxımından hər gün itirilmiş sayılır.-71С-
-
- Siyasət
- 12 İyul 2019 13:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz