![AİF istiqrazları ənənəvi yüksək tələblə yerləşdirilib](https://turan.az/resized/./turan-750-500-resize.webp)
AİF istiqrazları ənənəvi yüksək tələblə yerləşdirilib
15 yanvar 2013-cü ildə Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli sənədsiz, təminatlı, adlı istiqrazlarının 3 mln manat həcmində növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
On illik kağızlar 100,15% qiymətə qoyulub. İstiqrazların 3 mln manat emissiyasına qarşı 1 investor tərəfindən tələb nominalla 29,9 mln manat təşkil edib. Təqdim edilən həcmin hamısı yerləşdirilib.
Fondun 40 mln manatlıq adlı istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsiu tərəfindən qeydiyyata alınıb. İstiqrazların nominal qiyməti 1 000 manat, faiz dərəcəsi illik 3%, silinmə tarixi 6 noyabr 2022-ci ildir. Bu günə kimi bu emissiyadan 15% (3 mln manat) yerləşdirilib.
2009-2012-cu illərdə Fond 55 mln, 75 mln və 60 mln, 20 mln və 30 mln manatlıq emissiya yerləşdirib. --15D--
-
- İqtisadiyyat
- 16 Yanvar 2013 12:15
-
- Analitika
- 16 Yanvar 2013 12:24
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
-
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sisteminin (AQTS) yaradılmasına dair fərman imzalayıb. Bu addım ölkənin qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində dövlət idarəetməsinin optimallaşdırılmasını və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasını hədəfləyir.
-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan və Rusiya hökumətləri arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizində tranzit yük daşımalarının artırılmasına yönəlmiş əməkdaşlıq sazişini təsdiqləyən fərman imzalayıb.
Rəy yaz