Ailə NET-in yay kampaniyası
Ailə NET internet provayderi 15 maydan 15 avqusta kimi minimum internet qoşulmanın sürətini 8 mb/s-ə qaldırır. Bu zaman aylıq abunə haqları dəyişməz qalacaq.
Şirkətin press-relizində deyilir ki, Ailə NET abunəçiləri 5 mbit/s əvəzinə 8 mbit/s-dən 12 mbit/s-dək yüksək sürətli fiber-optik internet xidmətindən istifadə edəcəklər.
Hər gün saat 09:00-dan 01:00-dək abunəçilərə 8 mbit/s, saat 01:00-dan 09:00-dək isə 12 mbit/s sürətli internet xidməti təqdim olunacaq.
Kampaniyadan həm mövcud, həm də yeni qoşulan abunəçilər faydalana bilərlər. Xüsusi tariflərə əsasən Ailə TV abunəçiləri, kampaniya müddəti ərzində təqdim olunacaq 8 - 12 mb/s internetə görə aylıq 13 AZN ödəyəcəklər.
Analoji olaraq, 6; 8; və 10 mbit/s tarif planlarının abunəçiləri aşağıdakı qaydada sürətli internet xidmətindən istifadə edəcəklər: 6 mbit/s əvəzinə – 9-12 mbit/s; 8 mbit/s əvəzinə – 10-12 mbit/s; 10 mbit/s əvəzinə – 12-12 mbit/s
Hazırda Ailə NET abunəçilərə 100 Mbit/s-dək qoşulma təklif edir. Xatırladaq ki, əhatə dairəsini daim genişləndirən Ailə NET, hal-hazırda Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Binəqədi, Nəsimi, Suraxanı, o cümlədən Hövsan qəsəbəsi, Sabunçu rayonun Bakıxanov qəsəbəsi, Səbail rayonun bir hissəsi, eləcə də Gəncə şəhəri, o cümlədən Yeni Gəncə qəsəbəsində fəaliyyət göstərir. --17D—
-
- Siyasət
- 13 May 2015 17:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz