5 ikimərtəbəli elektrik qatarının alınmasına dair saziş imzalanıb
«Nəqliyyat, tranzit, logistika» TransCaspian-2015 sərgisində “Azərbaycan Dəmir Yolları” QSC və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında “KİSS” markalı 5 ikimərtəbəli elektrik qatarının alınmasına dair saziş imzalanıb.
İmzalanma mərasimindən sonra «ADY» QSC-nin rəhbəri Cavid Qurbanov jurnalistlərə deyib ki, ilk 2 qatar gələn ay Bakıya gətiriləcək. Onlar Bakı dəmir yolu vağzalından metronun “Koroğlu” stansiyasında yerləşən stansiyaya qədər hərəkətdə olacaqlar. Qalan 3 qatarın isə gələn ilin yanvar ayına qədər Azərbaycana gətirilməsi nəzərdə tutulub. Bundan sonra həmin 5 elektrik qatarı Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmir yolu sahəsində istismar ediləcək.
Qurbanov deyib ki, müqavilənin ümumi dəyəri 60-70 mln avro civarındadır. Müqavilənin şərtlərinə görə, qatarların dəyəri 20 illik kreditlə ödəniləcək.
“KİSS” qatarlarında oturacaqların sayı isə 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir. 08D
-
- İqtisadiyyat
- 13 May 2015 15:59
-
- İqtisadiyyat
- 13 May 2015 17:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz