AMB: daşınmaz əmlak bazarında 23,8% azalma olub
Azərbaycan Milli Bankı ilk dəfə daşınmaz əmlak bazarında dövriyyənin düşməsi üzrə qeyri-hökumət təşkilatları ilə müqayisədə böyük rəqəmlər verib. Bu, devalvasiya ilə birbaşa bağlıdır. Nəticədə ticarət zamanı ikinci plana keçib.
AMB-nin hesabatına görə, I rübdə bazarda 23,8% azalma olub. Ən çox ziyan çəkən isə təkrar bazardır - 27,6%.
Aprelin 1-i üçün məcmu kassa dövriyyəsi (notarial kontorların məlumatı) 920 mln 123 min manat (ötən ilin 1 apreli ilə müqayisədə mənfi 23,8%) olub. I rübdə notarial kontorlara təkrar bazarda alqı-satqı üzrə mədaxil 379 mln 368 min manat (mənfi 28,7%), bu hesablardan silinmə 435 mln 829 min manat (mənfi 26,7%) olub.
İlkin bazarda tikinti şirkətlərin və kooperativlərin daşınmaz əmlak satışı 104 mln 926 min (mənfi 23,4%) təşkil edib. Təkrar bazarda məcmu satış həcmi 815 mln 197 min manat (mənfi 27,6%) olub.
Vasitəçilərin mənfəəti də azalıb – I rübdə onlar 56 mln 461 min manat (ötən ilin 1 aprelində 61 mln 913 min manat – mənfi 8,8%) qazanıb.
AİF-in tərəfdaşları olan bankların verdiyi ipoteka kreditlərinin ümumi çəkisi vasitəçilərin iştirakının 36,7%-i təşkil edib. Pulla ifadədə bu 20,7 mln manatdır, ötən ilin aprelin 1-ə bu göstərici 27,4 mln manat olub. --17D—
-
- İqtisadiyyat
- 13 May 2015 15:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz