Alfa Sığorta təkrarsığorta şirkəti Gen Re ilə müqavilə imzalayıb
"Alfa Sığorta" ən iri təkrarsığorta şirkətlərindən biri olan “Gen Re” (General Reinsurance AG) ilə obliqator müqaviləsi bağlayıb.
Şirkətin məlumatında deyilir ki, “Alfa Sığorta” beynəlxalq əlaqələrin inkişafı işinə böyük əhəmiyyət verir. İnkişaf strategiyasının müddəalarını həyata keçirən, təkrarsığorta müdafiəsinin keyfiyyətinin yüksəldilməsi çərçivəsində anderraytinq işini təkmilləşdirən şirkət rəhbərliyi A sinfindən olan təkrarsığotrtaçılarla tərəfdaşlıq münasibətlərinin qurulmasına böyük önəm verir.
“Gen Re Berkshire Hathaway” şirkətlər qrupuna daxil olub, kapitalı 14 mlrd dollardır.
«Alfa Sığorta» şirkəti 1997-ci ildə təsis edilib. Yeganə təsisçisi və əsas səhmdarı «Texnikabank»dır. Şirkətin nizamnamə kapitalı 7,78 mln manatdır. Şirkət 35 sığorta növü üzrə xidmət göstərir. --17D—
-
- Cəmiyyət
- 13 Yanvar 2014 14:03
-
- İqtisadiyyat
- 13 Yanvar 2014 14:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz