AMB nağdsız hesablaşmada lider olan bankları açıqlayıb
Mərkəzi Bank nağdsız hesablaşmaların inkişafı üzrə stimullaşdırma kampaniyasını başa çatdırıb və qalibləri elan edib.
«Nağdsız hesablaşmalarda lider bank» nominasiyasında 1-3-cü yerləri “Bank Of Baku”, “Azərbaycan Sənaye Bankı” və “Dəmirbank”, «Elektron bankçılıq xidmətində lider bank» nominasiyasında «Beynəlxalq Bank», “Bank Respublika” və “Bank Of Baku” tutub.
«Müasir cəmiyyətdə nağdsız hesablaşma yüksək mədəniyyət, şəffaflıq və iqtisadi aktivlik göstəricisi sayılır», deyə AMB İH-nin sədr müavini Alim Quliyev təqdimatda bildirib.
Bu i AMB əlavə iki yeni nominasiya təsis edib. Bunlar elektron ticarətin stimullaşdırılması üçün “Elektron ticarətin inkişafında lider bank” və müştəriləri tərəfindən POS-terminal şəbəkəsində daha çox nağdsız əməliyyat aparmış banklar üçün “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” nominasiyalarıdır.
AMB-nin məlumatına görə, 2013-cü ildə Elektron Milli Ödəniş Sistemi ilə 128 mlrd manat ödəniş edilib. Bu sistemin yaradılması nağd hesablaşmanı 20% azaltmaq imkanı verib.
AMB Hökumət Ödəniş Portalı yaradıb. Oraya 5 kommunal xidmət təşkilatı və 7 hökumət qurumu qoşulub. 2013-ci ildə portalda ödənişlər 48,2% artaraq 713 mln manat olub. 08D
-
- Cəmiyyət
- 14 Fevral 2014 16:00
-
- İqtisadiyyat
- 14 Fevral 2014 16:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz