AMB Royalbank-ın lisenziyasının ləğvi səbəbini açıqlayıb
Mərkəzi Bank cümə günü Royalbank-ın lisenziyasının ləğvini rəsmi şəkildə bildirib.
AMB-dən verilən məlumata görə, bu qərar bankın məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə verilib.
Mərkəzi Bankın İdarə Heyətinin adı çəkilən qərarı ilə “Royalbank” ASC-yə müvəqqəti inzibatçı təyin edilib. O, bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir.
1993-cü ildən fəaliyyət göstərən Royal Bank-ın əsas səhmdarı (44,5%) İran mənşəli ABŞ vətəndaşı Əli Camdır.
Bu gün Azərbaycanda 43 bank, ocümlədən bir dövlət maliyyə strukturu fəaliyyət göstərir. --15D--
-
- Cəmiyyət
- 16 İyul 2012 14:14
-
- İqtisadiyyat
- 16 İyul 2012 14:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz