Aprel ayinda ərzaq məhsullarin qiyməti sabit olaraq qalib
Aprel ayında paytaxtda və eləcədə respublikanın digər iri şəhərlərində ərzaq məhsullarının qiymətləri dəyişməz olaraq qalıb. İlin əvvəli ilə müqaisədə ərzaq məhsullarının qiymətində -0,5%, ötən ilin müvafiq dövrü ilə müqaisədə isə orta hesabla-1% bahalaşma qeydə alınmışdır. Mövsümlə əlaqədar olaraq bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərində artıb azalma halları müşahidə edilməkdədir.
Ekspertlər son bir neçə ayda ərzaq məhsullarının qiymətlərində ciddi artımların müşahidə edilməməsini sevindirici hal kimi qiymətləndirirlər. Yaxın günlərdə ərzaq məhsullarının qiymətlərində sabitliyin davam edəcəyi, mövsümlə əlaqədar olaraq isə kənd təsərrüfatı məhsullarının nisbətən ucuzlaşması proqnozlaşdırılır.
-
- İqtisadiyyat
- 14 May 2013 12:25
-
- Bazarların icmalı
- 14 May 2013 12:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz