Aprelin 18-də bir qrup çinli biznesmen bakılı həmkarları ilə görüşəcək
Aprelin 18-də Bakı Biznes Mərkəzində Çin Xalq Respublikasından Azərbaycana gələn bir qrup sahibkarın yerli həmkarları ilə görüşü olacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Turan-a bildirilib ki, görüşdə qida, tikinti, yük avtomobillərinin istehsalı, İKT, infrastruktur, enerji, taxta və taxta məhsullarının emalı, logistika, turizm, media,daşınmaz əmlak, tikinti üçün texnikanın istehsalı və digər sektorların təmsilçiləri, həmçinin dövlət strukturlarının nümayəndələri iştirak edəcəklər.
2012-ci ildə Azərbaycanla Çin arasında əmtəə dövriyyəsi $816 mln. təşkil edib ki, bu da ötən ildə olduğundan 22,3% çoxdur. Çin mallarının idxalına $632,3 mln. düşür. Bu 2011-ci ildə olduğundan 0,6% çoxdur.
Azərbaycan ixracının əsas hissəsini xam neft təşkil edir - 187355,8 ton ($159815,2 min). Həmçinin Çinə polietilen (12,8 min ton, $12369,1 min), yod (97 ton, $3234,6 min) və digər məhsullar satılıb. Çindən Azərbaycana geniş istehlak malları, həmçinin nəqliyyat vasitələri, elektrik malları və avadanlıq, boru, qara metal məmulatları gətirilir. 2012-ci ildə Çindən ümumi məbləği $62,6 mln. 8 ədəd yerqazan maşın və qazma aqreqatı, ümumi məbləği $70,5 mln. olan 5020 tonluq 2257 yük maşını alınıb. 08D
-
- İqtisadiyyat
- 15 Aprel 2013 12:23
-
- Cəmiyyət
- 15 Aprel 2013 12:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz