Gömrük yığımlarının strukturu dəyişir
2013-cü ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə ümumi məbləği 289,5 mln. manat həcmində gömrük vergisi və rüsum toplayıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% və ya 37,8 mln. manat çoxdur.
Gömrük yığımları strukturunda gömrük rüsumları yerini əlavə dəyər vergisinə verməyə başlayıb. Məsələn, əgər ötən ilin martında gömrük rüsumlarının həcmi 34,9 mln. manat təşkil edirdisə, bu ilin həmin ayında bu göstərici 24,7 mln. manata enib. ƏDV üzrə daxilolmalar isə 54,8 mln. manatdan 80,2 mln. manatadək artıb. Bu barədə Turan-a DGK-dan məlumat verilib.
2013-cü ildə hökumət gömrük yığımları üzrə proqnozu 1 200 mln.-dan 1 380 mln. manatadək artırıb. 08D
-
- Cəmiyyət
- 15 Aprel 2013 12:18
-
- İqtisadiyyat
- 15 Aprel 2013 12:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz