«Aqrarkredit» QSC Beynəlxalq Banka aid üç daşınmaz əmlak obyektini satışa çıxarıb
“Aqrarkredit” bank olmayan kredit təşkilatı Beynəlxalq Banka kreditə görə girov qoyulan üç daşınmaz əmlak obyektinin siyahısını təqdim edib. Kredit vaxtında ödənilməyib, ona görə müsabiqə komissiyası onları açıq hərrac yolu ilə satışa çıxarıb.
“Aqrarkredit”də hərraca çıxarılan obyektlər üzrə məsul şəxs olan Şəmşir Qurbanov Turan-a bildirib ki, hələlik qiymətləndirmə başa çatmayıb və onların hərraca çıxarılma vaxtı təyin edilməyib.
Obyektlərdən biri (Beton ve sement istehsalı, qum-çınqıl karxanasının istismarı zavodu) Gürcüstandadır (Tbilisi şəhəri). Eləcə də investorlara Şəki rayonunda Ət və süd məhsulları istehsalı müəssisəsi və Abşeron rayonunun Novxanı kəndində üzüm emalı və şərab istehsalı müəssisəsi təklif edilir.
Girov obyektlərin satışı barədə qərarı hökumət bu ilin iyulunda qəbul edib. “Aqrarkredit” QSC bir neçə qiymətləndirici şirkət (Pricewaterhouse Coopers Azerbaijan, Deloitte Azerbaijan, Ernst & Young Azerbaijan, RSM Azerbaijan, BDO Azerbaijan, "Koneko Group" MMC, "Nexia EA", "Real Prays" və "VETO Consulting” seçib.
Hərracı üç şirkət təşkil edəcək.
“Aqrarkredit” QSC-nin sərəncamında Beynəlxalq Banka kreditə görə girov qoyulan bir çox obyekt var. Beynəlxalq Bank 5,6 mlrd manatdan artıq məbləğdə aktivləri “Aqrarkredit”in idarəetməsinə verib. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz