ARDNF aktivləri 35 mlrd. dollar səviyyəsində planlaşdırılır
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) KİV üçün bu qurumun aktivlərinin idarə edilməsi mövzusunda seminar keçirib.
ARDNF-nin Risklərin İdarə Olunması Departamentinin rəhbəri Bəhruz Bəhramovun sözlərinə görə, cari ilin yekunlarına görə ARDNF-nin aktivləri 35 milyard dollar səviyyəsində planlaşdırılıb.
2015-ci ilin üç rübünün yekunlarına görə ARDNF-nin valyuta ehtiyatlarının həcmi 2,567 mlrd. dollar azalaraq, 34,738 mlrd. dollar təşkil edib.
2015-ci il sentyabrın 30-na 34,604 mlrd. ABŞ dolları məbləğində investisiya portfeli aşağıdakı kimidir: 47,8% - ABŞ dolları, 35,9% - avro, 5,0% - funt sterlinq. Portfelin qalan hissəsi türk lirəsi, rus rublu, Koreya vonu, Çin yuanı, Yapon yenası və digər valyutalardan, həmçinin 3,2%-i qızıldan ibarətdir.
Qeyd edək ki, son bir ildə neft qiymətlərinin düşməsi ilə əlaqədar ARDNF-nin aktivləri azalıb. -02D-
-
- Cəmiyyət
- 19 Noyabr 2015 16:22
-
- Söz istəyirəm
- 19 Noyabr 2015 22:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz