ARDNF-dən transfert rekordu gözlənilir
Gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə rekord həcmdə transfert gözlənilir. 2015-ci ildə bu rəqəm 10 mlrd 388 mln manat ola bilər. Bu, cari ildəkindən 11,2% çoxdur. Bununla dövlət büdcəsinin gəlirlərinin 53,4%-i təmin ediləcək.
Maliyyə Nazirliyi 2016-2018-ci illərdə bu göstəricinin 10 mlrd 148 mln, 9 mlrd 637 mln və 9 mlrd 149 mln manata düşəcəyini proqnozlaşdırır. Amma transfert proqnozlarına əməl edilmir. May-iyunda dövlət başçısı məmurlar üçün bu strukturdan əlavə 2 mlrd ayırır.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, həmçinin dövlətin gəlirli neft və qazının satılmasından, ölkə ərazisindən neft və qazın nəqlinə görə tariflərdən, dövlət əmlakının icarəsindən əldə edilən gəlirlər toplanır. --17D—
-
- İqtisadiyyat
- 12 Noyabr 2014 15:54
-
- Siyasət
- 12 Noyabr 2014 16:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz