ARDNF təmsilçiləri cənub-şərqi Asiyada kommersiya daşınmaz əmlak bazarını öyrənir
Noyabrın sonunda Neft Fondunun təmsilçiləri cənub-şərqi Asiyaya gedəcəklər. Bu barədə ARDNF icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, səfər zamanı Malayziya, İndoneziya və Honkonqda Fondun vəsaitlərinin bir hissəsinin kommersiya daşınmaz əmlaka qoyulması imkanı öyrəniləcək. “Bu bizim investisiya portfelini şaxələndirmə strategiyamızdır və xaricdə daşınmaz əmlaka investisiya qoyacağıq”, - deyə Mövsümov bildirib.
O əlavə edib ki, ARDNF Moskva, London, İstanbul, Paris kimi şəhərlərdə daşınmaz əmlak almaq marağını gizlətmir. “Amma bu işlər başa çatana kimi təfərrüatları açıqlamırıq”, - deyə ARDNF icraçı direktoru bildirib və Fondun Moskvada “Art-Qalereya” ticarət mərkəzinin binasını alması barədə suala cavabdan yayınıb.
Qeyd edək ki, oktyabrın sonunda “İzvestiya” qəzeti məlumat yayıb ki, ARDNF Moskvada $5 mln qiyməti olan “Art-Qalereya” ticarət mərkəzinin binasının alınmasına iddiaçılardan biridir –12B—
-
- Cəmiyyət
- 7 Noyabr 2012 09:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz