ARDNŞ "Bulla dəniz" yatağında 10 mlrd m3 qaz ehtiyatı kəşf edib
Dövlət Neft Şirkəti "Bulla dəniz" yatağında №90 quyuda kəşfiyyat qazması zamanı tapılan qaz ehtiyatının 10 mlrd m3 olduğunu bildirir. Bu barədə dünən jurnalistlərə ARDNŞ-nin I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
Onun sözlərinə görə, dərin layların (6000 metr) məhsuldarlığı yüksək olub.
Yusifzadə izah edib ki, ARDNŞ bu ehtiyatın işlənməsi üçün yeni hasilat platforması qurmaq istəyir. “O, yanğın baş verən köhnənin yaxınlığında olacaq. Yeni platformadan istismar quyuları qazılacaq”, - deyə Xoşbəxt Yusifzadə məlumat verib.
Xilas edilən quyu ilə bağlı Yusifzadə deyib ki, o, artıq istismar edilir və gündəlik debet 1,2-1,3 mln m3 qaz və 200 ton kondensatdır.
Müqayisə üçün deyək ki, bu quyunun debeti “Ümid” yatağında istismara verilən quyudakından (1 mln m3) çoxdur.
* 2012-ci ilin noyabrında ARDNŞ "Bulla dəniz" yatağında kəşfiyyat quyusu qazmağa başlayıb. 17 avqust 2013-cü ildə orda yanğın baş verib. Yanğını 23 oktyabrda söndürmək mümkün olub. Qazma nöqtəsində dənizin dərinliyi 26,5 metrdir.
"Bulla dəniz" yatağı 1975-ci ildə kəşf edilib. O vaxtdan 11 mln ton kondensat və 62 mlrd m3 qaz hasil edilib. –12С--
-
- İqtisadiyyat
- 4 Noyabr 2013 15:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz