«Azərbaycan Dəmir Yolları» QSC 6 mln manat balans mənfəəti əldə edib
Bu ilin 9 ayında «Azərbaycan Dəmir Yolları» QSC yük və sərnişin daşınmasından 168,5 mln manat əldə edib. Xərclər nəzərə alınarsa, balans mənfəəti 6 mln manat olub.
«Azərbaycan Dəmir Yolları» QSC-nin İH sədri Arif Əsgərov rəsmi mətbuata bildirib ki, gəlirlərin əsas hissəsi (157,3 mln manat) yük daşımalarının payına düşüb. İlin əvvəlindən dəmiryolçular 17,1 mln ton yük daşıyıb. Sərnişin daşımalarının payı 11,2 mln manatdır. Bir sərinişinin daşınmasından 5,90 manat əldə edilib.
«Dəmir yolu ticarəti və nəqliyyatına dəstək» layihəsi çərçivəsində bu il Bakı-Böyük Kəsik dəmiryolu magistralında 110,8 km yol təmir edilib. 2011-13-cü illərdə bu sahədə cəmi 317 km təmirə ehtiyacı olan yolun 281,1 km-i təmir edilib. 08D
-
- Cəmiyyət
- 4 Noyabr 2013 15:17
-
- İqtisadiyyat
- 4 Noyabr 2013 15:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz