- İqtisadiyyat
- 17 Fevral 2014, 11:21
- 211
ARDNŞ-nin TANAP-a xərcləri $7 mlrd olacaq
TANAP layihəsinə əsas maliyyə həcmi layihə iştirakçılarının özünün heabına olacaq. Bu barədə SOCAR-Turkey şirkətinin vitse-prezidenti Samir Kərimli Türkiyənin “Hürriyet” qəzetinə bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı layihənin vaxtında –2018-ci ildə başlamasını vacib sayır. “Ona görə Azərbaycan maliyyə mədaxilindək gecikmələrin qarşısını almağa çalışır”, - deyə o bildirib.
Yazıda qeyd edilir ki, $12 mlrd-dan $7 mrd-ı ARDNŞ nağd ödəyəcək. $3-4 mlrd BOTAŞ-dan, $1-2 mlrd BP-dən daxil olacaq.
BP-Turkeyin icraçı direktoru Bud Fakrel ona diqqət çəkib ki, 2035-ci il üçün Avropa iqtisadiyyatının qazdan asılılığı artacaq, bu, TANAP-ın əhəmiyyətini artıracaq. O istisna etməyib ki, Türkiyə gələcəkdə TANAP üzrə sazişdə nəzərdə tutulandan daha çox qaz ala bilər.
TANAP layihəsi üzrə saziş 26 iyun 2012-ci ildə imzalanıb.
Layihədə pay iştirakı belədir: ARDNŞ - 68%, BOTAS - 20%, ВР - 12%. ARDNŞ rəhbərliyi bildirib ki, Türkiyə tərəfi BOTAS-ın payının 30%-ə artırılmasını arzu edir. –12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz