ARDNŞ və "Rosneft" paritet əsasda birgə şirkət yaradacaq
ARDNŞ və "Rosneft" müxtəlif ölkələrdə, o cümlədən Rusiya və Azərbaycanda neft və qaz kəşfiyyatı və hasilatı üzrə birgə layihələrə həyata keçirmək, eləcə də bir sıra kəmərlər və terminalların birgə istifadəsi üçün müştərək şirkət yaradacaq. Bu barədə "Rosneft"in saytı məlumat verir.
Qeyd edək ki, "Rosneft" və ARDNŞ rəhbərləri sazişi energetika üzrə Rusiya-Azərbaycan dövlətlərarası əməkdaşlığının genişləndirilməsində ciddi addım adlandırıblar.
Saziş şirkətlərə yeni resurs və bazarlara çıxış əldə etməyə, neft və neft məhsulları tədarükünü optimallaşdırmağa imkan verəcək.
* ARDNŞ ВТС-də 25% paya malikdir. ВТС-nin gücü 1,2 mln barrel neftdir. Hazırda bu kəmərlə AÇG yatağında çıxarılan neft, "Şahdəniz" kondensatı və türkmən nefti nəql edilir.
ARDNŞ Bakı-Tbilisi-Ərzurum qaz kəmərində 10% paya malikdir. Bundan başqa, ARDNŞ Bakı-Novorossiysk kəmərinin Azərbaycan hissəsinin operatorudur. Şirkətin Kulevidə 10 mln tonluq terminalı var.
ARDNŞ 2012-ci ildən TANAP kəməri layihəsinin operatorudur və 80% paya malikdir. TAP qaz kəmərində şirkətin 20% payı var. Kəmər 2019-cu ildə istismara veriləcək. --12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz