AtaBank-ın əmanətləri birinci rübdə 10% artıb
Bu ilin yanvar-martında "AtaBank" ASC-nin aktivləri 3,5% artaraq 297,75 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 5,7% artaraq 199,19 mln manat olub.
Bankın ümumi öhdəlikləri 248,83 mln-dan 257,99 mln manata artıb. Depozit portfeli 3,6% genişlənərək 252,34 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 10,2% artaraq 208,86 mln manat olub.
Balans kapitalı 2,8% artaraq 39,76 mln manata, məcmu kapital 3,2% artaraq 35,31 mln manata çatıb. Ödənilmiş nizamnamə fondu 27,99 mln manat səviyyəsində qalıb.
Bankın gəlirləri 9,19 mln manat, xərcləri 8,16 mln manat olub. Onlar 2012-ci ilin eyni dövrü ilə müqayisədə 26% və 34,4% artıb. Vergi ödəniləndən sonra xalis mənfəət 1,03 mln manat təşkil edib. --15B--
-
- Cəmiyyət
- 10 May 2013 13:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz