AtaBank POS terminal şəbəkəsini 10 minə çatıracaq
"AtaBank" ASC bu il daha 8 bankomat və 700 POS terminal istismara verərək, onların sayını 80 və 10 000 ədədə çatdıracaq.
Bankın İH sədrinin müavini Etibar Babaşlı məlumat verib ki, hesabat dövründə bank ötən ilin sonundan prinsipial üzvü olduğu MasterCard International sisteminin plastik kartlarını emissiya edəcək.
Hazırda bankın 9,3 min POS terminalı, 72 bankomatı var. POS terminalların 2,3 mini regionlardadır. Aktiv plastik kart sayı 23,3 min ədəddir.
Xatırladaq ki, 2006-cı ilin mayından bank Visa Internationalın prinsipial üzvüdür və Visa Electron, Visa Electron Vertical, Visa Electron Aroma, Visa Electron Solo, Visa Classic, Visa Classic Solo, Visa Gold, Business və Platinum debit və kredit kartı buraxır. --15B--
-
- Siyasət
- 1 Mart 2013 17:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz