Aviaşirkətlərin sərnişin daşınması üzrə ziyanı 25 mln manatı keçib
2012-ci ilin I yarısında Azərbaycan aviaşirkətlərinin gəlirləri 90,3 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 25,2% çoxdur. Amma aviaşirkətlər böyük ziyanla işləyiblər.
Xarici aviaşirkətlərdən fərqli olaraq, nə “Azerbaijan Airlines” QSC, nə də “Turan Air” MMC maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarını açıqlamır. Qanunvericiliyə əsasən, AZAL illik maliyyə hesabatını mətbuatda açıqlamalıdır. Onların fəaliyyətinin yekunu üzrə yeganə məlumat mənbəyi Dövlətstatkomdur və o, ümumi məlumatlar verir.
DSK-nın məlumatına əsasən, yanvar-iyunda yerli aviaşirkətlər sərnişin daşınmasına 115,7 mln manat xərcləyib. Bu, ötən ilin eyni dövründəkindən 4,8% azdır. Beləliklə, sərnişin daşınması üzrə ziyan 25,4 mln manat təşkil edib. Maraqlıdır ki, hesabat dövründə yerli aviaşirkətlər 685,2 min sərnişin daşıyıb. Bu, 2011-ci ilin eyni dövründəkindən 14,5% çoxdur. Sərnişin daşımalarının 98,5%-i AZAL-ın payına düşür.
Dövlətstatkomda Turan-a bildiriblər ki, 2011-ci ildə 181,8 mln manat (+37,4%) gəliri olan aviaşirkətlərin ziyanı 63,1 mln manat olub. 08B
-
- İqtisadiyyat
- 12 Sentyabr 2012 14:41
-
- Cəmiyyət
- 12 Sentyabr 2012 15:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz