Vergi daxilolmaları proqnozu 13,6% artıq yerinə yetirilib
2012-ci ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə Azərbaycanın dövlət büdcəsinə 4 180 mln manat daxil olub. Bu, proqnozlaşdırılan göstəricidən 13,6% çoxdur.
Vergilər Nazirliyinin mətbuat xidmətindən Turan-a bildiriblər ki, qeyri-neft sektorunun payına 2 191,8 mln manat, yaxud vergi daxilolmalarının 52,8% düşür.
Regionlarda vergi toplanmasının səviyyəsi hələ də aşağıdır. Ərazi vergi idarələri xətti ilə 302,1 mln manat yığılıb. Bu, proqnozdan 10,6% çoxdur. Bununla yanaşı, regionlar üzrə daxilolmalar 2011-ci ilin analoji dövründən 11,2% çoxdur.
Ayrı-ayrı vergi növləri üzrə daxilolmalar belə olub: ƏDV - 952,8 mln manat (proqnoz – 942 mln manat);
Aksiz – 313,3 mln. manat (296 mln manat);
Mənfəət vergisi – 1 658,5 mln manat (1 473,7 mln manat); Gəlir vergisi – 520,1 mln manat (477,4 mln manat).
2012-ci ildə Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsi 5 911,6 mln manat toplamaq planlaşdırılır. 2011-ci ildə dövlət büdcəsinin gəlirlərinin ümumi həcmi 15,7 mlrd manat olduğu halda Vergilər Nazirliyi dövlət büdcəsinə 5 471,9 mln manatın daxil olmasını təmin edib. 08D
-
- Siyasət
- 12 Sentyabr 2012 13:53
-
- İqtisadiyyat
- 12 Sentyabr 2012 15:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz