Avqust ayinda ərzaq məhsullarin qiyməti dəyişməz olaraq qalib
Avqust ayında paytaxtda və eləcədə respublikanın digər iri şəhərlərində ərzaq məhsullarının qiyməti dəyişməz olaraq qalıb. Son bir ayda kənd təsərrüfatı məhsullarının qiymətlərində də ciddi dəyişiklik qeydə alınmayıb. Ümumiyyətlə ötən ilin müvafiq dövrü ilə müqaisədə qiymətlər orta hesabla-1,8% qalxıb, ilin əvvəli ilə müqaisədə isə qiymətlərdə-2,5% ucuzlaşma qeydə alınmışdır. Yaxın günlərdə ərzaq məhsullarının qiymətlərindəki sabitliyin davam edəcəyi, kənd təsərrüfatı məhsullarında isə nisbi bahalaşmanın müşahidə ediləcəyi proqnozlaşdırılır.
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz