Avqust ayinda təkrar mənzil bazarinda qiymətlər sabit qalib
Avqust ayında paytaxtın və eləcədə respublikanın digər iri şəhərlərinin Təkrar Mənzil Bazarında (TMB) nisbi aktivlik müşahidə edilsədə, ay ərzində qiymətlər dəyişməz olaraq qalmışdır. Əmlak Bazarı İştirakçıları ictimai birliyinin hesablamalarına görə hal-hazırda TMB-da orta qiymət indeksi təxminən 1 kv/m üçün-1312 ABŞ dolları, mənzilin orta qiyməti isə 118 212 ABŞ dolları təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət artımı 32.1% olub. 2013-cü ilin avqust ayı ərzində daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında da ötən aya nisbətən azalma müşahidə edilmişdir.
Yasamal, Nəsimi, Nərimanоv və Xətai rayоnlarının təklif pоrtfеlindəki payı ötən aylarda olduğu kimi mütləq çохluq təşkil еdib və onların ümumi payı 78%- ə bərabər olub. Avqust ayında otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təklif üzrə ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb və 2,6% təşkil edib.
Ekspertlər avqust ayında qiymətlərin sabit qalmasını əsasən mövsümi amillərlə izah edirlər. Yay aylarında insanların daha çox istirahət və səyahətlərə vaxt ayırmaları, bazardakı aktivliyə öz təsirini göstərir. Ümumiyyətlə mütəxəssislər son aylarda bazardakı qiymətlərin bahalaşmasını və aktivləşməni əsasən ipoteka kreditləşməsi, eləcədə evləri plana düşmüş insanlara yeni mənzillər almaq üçün kompensasiyaların verilməsi ilə əlaqələndirirlər. Yaxın günlərdə TMB-da aktivliyin davam edəcəyi, qiymətlərin isə əsasən sabit və bahalaşmağa meyilli olacağı proqnozlaşdırılır.
İqtisadiyyat
-
Yanvar-avqust dövründə Azərbaycanın istehlak qiymətləri indeksi (İQİ) 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1.3% artaraq, ölkədə mülayim inflyasiya dövrünü qeyd edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, səkkiz aylıq dövrdə ümumi İQİ 101.3%-ə çatıb və müxtəlif sektorlarda fərqli inflyasiya təzyiqləri müşahidə edilib.
-
Azərbaycan bu ilin yanvar-iyul ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə maaşlı işçilərin orta nominal aylıq əməkhaqqında 8,3%-lik əhəmiyyətli artım müşahidə edib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, ölkə iqtisadi inkişaf və sektorlararası dəyişikliklər yaşadıqca orta nominal aylıq əməkhaqqı 1,002.4 manata çatıb.
-
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov yaxın zamanda Türkiyə və Qafqaz regionu üzrə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) icraçı direktoru Elizabetta Falçetti başçılığı ilə yüksək səviyyəli nümayəndə heyətini qəbul edib. Bakıda keçirilən görüşdə Azərbaycanın maliyyə sektorunun davamlı inkişafını gücləndirmək və ölkənin real iqtisadiyyatına maliyyə vəsaitlərinə çıxışı genişləndirmək üçün əsas təşəbbüslər müzakirə olunub. Ən vacib mövzulardan biri isə AYİB-in Azərbaycanın davam edən yaşıl keçidinə dəstəyi idi.
-
Son vaxtlar Azərbaycanda bəzi ərzaq malları bahalaşıb. Bu, Dövlət Statistika Komitəsinin (DSK) bu gün, sentyabrın 11-də yaydığı məlumatda da əksini tapıb. Orada qeyd edilir ki, avqustda iyula nisbətən daha çox düyü, mal, qoyun əti, kolbasa məmulatları, kərə, zeytun yağları, soğan bahalaşıb.
Rəy yaz