Avqustda gömrük mədaxili 17,4% azalıb
Avqustda dövlət büdcəsinə gömrük mədaxili 117 mln manat olub. Bu, fevraldan bəri ən pis göstəricidir.
DGK-nın məlumatına əsasən, ötən ay gömrük mədaxilinin həcmi iyulla müqayisədə 24,6 mln manat və ya 17,4% azalıb.
Bu ilin 8 ayında DGK-nın xətti ilə dövlət büdcəsinə 1 mlrd 23,9 mln manat daxil olub. Bu, ötən ilin eyni dövründəkindən 2% çoxdur.
DGK gömrük mədaxilinin azalmasının səbəbini izah etmir. Potensiala baxmayaraq (bir çox istehlak malları aşağı qiymətlə sənədləşdirilir), ekspertlər hesab edir ki, gömrük mədaxilinin həcmi proqnozdan (1 mlrd 590 mln manat) çox olmayacaq. 08B
-
- İqtisadiyyat
- 16 Sentyabr 2015 18:48
-
- Cəmiyyət
- 16 Sentyabr 2015 22:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz