http://economy.gov.az
- İqtisadiyyat
- 9 May 2018, 15:55
- 81
Avropa İittifaqı ilə əlaqələr müzakirə edilib
Bakı/09.05.17/Turan: "Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir. Ölkəmizə 15 milyard dollardan çox investisiya yatırılıb".
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə iqtisadiyyat naziri Şahin Mustafayev belə deyib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, Ş.Mustafayev Avropa İttifaqı ilə birgə həyata keçirilən Tvinninq, TAİEX və s. Proqramlarının əhəmiyyətindən bəhs edib. O, bu ilin iyununda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Avropa İttifaqı biznes forumunun əlaqələrin genişləndirilməsində və əməkdaşlıq perspektivlərinin müzakirəsində əhəmiyyətli olacağını vurğulayıb.
"Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəqliyyat sahəsində Azərbaycanın imkanlarını daha da artırıb. Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olan ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, nazir bildirib.
Ş.Mustafayevin Aİ təmsilçilərinin suallarını cavablandırdığı bildirilir.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri Müzakirələr üçün bir neçə gün əvvəl Bakıya səfər ediblər Onları prezident İlham Əliyev də qəbul edib.
Böyük Britaniyadan olan deputat Sayyad Kərim-in başçılıq etdiyi komitə üzvləri ilə görüşdə Avropa İttifaqı - Azərbaycanın əlaqələrinin durumu, perspektivləri müzakirə edilib.
Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlıq edir.
"Şərq Tərəfdaşlığı" Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.
Ötən il noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənədi imzalayıb.
Azərbaycanla isə bu istiqamətdə ötən ildən başlayan danışıqlar hələ ki, yekunlaşmayıb.--0--
-
- Maliyyə
- 9 May 2018 15:07
-
- Söz istəyirəm
- 9 May 2018 19:42
İqtisadiyyat
-
Azərbaycanın iqtisadiyyatı gələn illərdə də artımını davam etdirəcək, lakin ING Qrupu və Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozları bərpa sürətinə dair bir qədər fərqli baxışlar təqdim edir. Niderlandın ən böyük bank qurumu olan ING Qrupu, Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) müsbət artımını proqnozlaşdırır, BMT isə daha optimist bir görünüş təklif edir.
-
Azərbaycanda taksi minik avtomobillərinin orta yaşı 15-dən 7-yə düşüb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumatda bildirilir. Agentlik bunu "islahatların nəticəsi" kimi dəyərləndirib.
-
Qazaxıstan, İrana və Azərbaycana taxıl ixracını bərpa etməklə beynəlxalq taxıl bazarlarında mövqeyini möhkəmləndirib. Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
-
Son illərdə Azərbaycan səssizcə dinamik bir startap ekosistemi formalaşdırıb və bu ekosistem artıq beynəlxalq səviyyədə maraq doğurmağa başlayıb. Rəqəmsal təhsil platformalarından aqrotexnologiya sahəsindəki innovasiyalara qədər bu startaplar ölkənin texnologiya və sahibkarlığa artan marağını əks etdirir. Dövlət dəstəyi, beynəlxalq əməkdaşlıq və cəsarətli sahibkarlıq vizyonunun birləşməsi bir neçə Azərbaycan startapını qlobal səhnəyə çıxarıb.
Rəy yaz