AVSMMİS üzrə müqavilələrin sayı 15,2% azalıb
2017-ci ilin fevral ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 64 min 123 elektron sığorta müqaviləsi qeydiyyata alınıb, deyə İcbari Sığorta Bürosu bildirir.
Bunların 8191-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələridir.
Fevral ayı ərzində AVSMMİS üzrə sığorta haqları 5088747 manat təşkil edib.
2017-ci ilin yanvarı ilə müqayisədə müqavilə sayı 5 min 36 ədəd və ya 8,5%, sığorta haqları 488,747 min manat və ya 10% artıb.
Ötən ilin fevral ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 15,2% azalma, sığorta haqlarının məbləğində isə 18,9% azalma müşahidə edilib.
Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən avtomobillər üçün icbari sığorta müqavilələrinin elektron sənəd formasında bağlanılmasına başlanılıb.
Hazırda 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) AVSMMİS üzrə xidmət göstərir. 71D
-
- Sual-cavab
- 3 Mart 2017 15:38
-
- İqtisadiyyat
- 3 Mart 2017 15:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz