Fevralda DƏİS üzrə sığorta haqları 51,3% azalıb
2017-ci ilin fevral ayında daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 6 min 329 sığorta müqaviləsi bağlanıb, deyə İcbari Sığorta Bürosu bildirir.
Fevralda DƏİS üzrə sığorta haqları 1 mln 265 min 386 manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 4140-ı yaşayış evləri və mənzillər, 26-ı inzibati binalar, 2163-ü isə digər daşınmaz əmlakla bağlı olub.
2017-ci ilin yanvarı ilə müqayisədə müqavilə sayı 16% və ya 1206 ədəd, sığorta haqları 51,3% və ya 1 mln 334,614 min manat azalıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə müqavilələrin sayında 7,2%, sığorta haqlarının məbləğində isə 67,4% artım müşahidə edilib.
13 sığorta şirkəti - «Atəşgah», «Standard İnsurance», «AtaSığorta», «Xalq Sığorta», «Paşa Sığorta», «AXA MBASK», «AzSığorta», Государственная страховая коммерческая компания, «Meqa Sığorta», «İpək Yolu», «Azərbaycan Sənaye Sığorta», «Qala Sığorta», «Günay Sığorta» DƏİS üzrə müqavilə bağlayır. 71D
-
- İqtisadiyyat
- 3 Mart 2017 15:39
-
- Cəmiyyət
- 3 Mart 2017 16:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz