Avtomobil idxalı artır
Bakı/14.09.17/Turan: Avtomobil bazarında vəziyyət tədricən yaxşılaşır, idxalın 64% artması buna dəlalət edir. Amma bu, 2015-ci ilin göstəricilərindən xeyli aşağıdır, həmin ilin 8 ayı ərzində ölkəyə xaricdən təxminən dörd dəfə çox avtonəqliyyat vasitəsi gətirilmişdi.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin səkkiz ayı ərzində Azərbaycana 5 min 662 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,2 min ədəd çoxdur. İdxal olunan avtomobillərin 86%-i (4874 ədəd) minik avtomobillərinin payına düşür. Sözügedən dövr ərzində xaricdən 134 avtobus və mikroavtobus alınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 80 ədəd çoxdur. Yük maşınlarının yenilənməsi də stabilləşir: ilin əvvəllərindən 603 ədəd yük avtomobili idxal olunub, bu da 2016-cı ilin yanvar-avqust aylarında olduğundan 2 dəfə çoxdur.
Qeyd edək ki, 2015-ci böhran ilində Azərbaycana 21,1 min avtonəqliyyat vasitəsi gətirilmişdi. 08D
-
- Siyasət
- 14 Sentyabr 2017 14:11
-
- İqtisadiyyat
- 14 Sentyabr 2017 14:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz