Xarici ticarət saldosu profisiti 2 mlrd. dollara yaxınlaşıb
Bakı/14.09.17/Turan: Bu ilin səkkiz ayı ərzində Azərbaycanın dünyanın 180 ölkəsi ilə xarici ticarət əməliyyatlarının həcmi 12 mlrd. 523,8 mln. dollar təşkil edib, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2% azdır. Xəbəri Dövlət Gömrük Komitəsi (DGK) yayıb.
Bu dövr ərzində Azərbaycan 7 mlrd. 223 mln. dollarlıq mal ixrac edib ki, bu da ötən ildə olduğundan 12,6% azdır. Eyni dövr ərzində ümumi məbləği 5,3 mlrd. dollar olan (-4,2%) mal idxal edilib. Beləliklə, 2017-ci ilin səkkiz ayı ərzində xarici ticarət əməliyyatlarının müsbət saldosu 1 mlrd. 992 mln. dollar təşkil edib.
Dövlət sektorunun payına 13,1% idxal düşür (697,5 mln. dollar). Dövlət təşkilatları mal idxalını 131 mln. dollar azaldıblar. Bu zaman sözügedən dövrdə dövlət qurumlarının mal ixracı (5 mlrd. 690 mln. dollar) 24% artıb.
İlin əvvəllərindən Azərbaycan xaricə ümumilikdə 963,4 mln. dollar dəyərində qeyri-neft təyiyantlı mal ixrac edib, bu da ölkənin ümumi ixracının 13,3%-nə bərabərdir, deyə DGK-nin məlumatında qeyd edilir. 08D
-
- İqtisadiyyat
- 14 Sentyabr 2017 14:18
-
- Siyasət
- 14 Sentyabr 2017 14:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz