AXAMbask ötən il üzrə hesabatını açıqlayıb
Ötən il «AXAMbask» ASC-nin mükafatları 18 mln 316,14 min manat (2014-cü ilə nisbətən mənfi 4,3%) olub.
Könüllü mükafatlar yığımın 48,2%-i və ya 8 mln 830,27 min manatdır. КАСКО avtomobil sığortası üzrə 3 mln 391,24 min manat, könüllü tibbi sığorta üzrə 2 mln 218,69 min manat, əmlakın yanğından sığortası üzrə 1 mln 524,12 min manat toplanıb. Qalan növlərdə sığorta haqları milyondan azdır: bədbəxt hadisələrdən sığorta 416,56 min manat, yük sığortası 359,73 min manat.
İcbari növlər üzrə 9 mln 485,87 min manat sığorta haqqı toplanılıb. Bunun çoxu AVSMMİS üzrədir.
Sığorta hadisələri üzrə 10 mln 689,93 min manat (2014-cü ilə nisbətən mənfi 0,3%) ödəniş edilib.
«AXAMbask» 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 19 mln 733 min 738 manat, səhmdarı İspaniyanın «AXA Seguros Generales, S.A., DeSegurosYReaseguros» şirkətidir. -- 17D—
-
- İqtisadiyyat
- 14 Yanvar 2016 13:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz