AZAL beynəlxalq uçuşları Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdıracaq
Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC təmsilçilərinin iştirakı ilə yaradılan birgə işçi qrup bir neçə məsələ üzrə razılıq əldə edib. Hesab edilir ki, bu, ölkəyə turist axının artması ilə nəticələnəcək. Yaxın müddət ərzində ortaq fəaliyyət planın həyata keçirilməsi üzrə sənədin imzalanması nəzərdə tutulub.
AZAL turizm şirkətləri ilə birgə seçilmiş ölkə üzrə bayram və tətil günləri nəzərə alınmaqla, birgə fəaliyyət çərçivəsində müvafiq aşağı büdcəli tur paketlər hazırlayacaq. Bu zaman həmin ölkələrin spesifikası, turistlərin səyahət tendensiyaları, onların qərar qəbul etmə xüsusiyyətləri nəzərə alınacaq. AZAL və
Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətin ortaq şəkildə təbliğini aparacaq
2016-cı ildə gəlmə turizm baxımından Azərbaycan üçün prioritet hesab olunan ölkələrin turizm sənayesi və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ölkəmizə 20-dən artıq tanışlıq səfərinin birgə həyata keçirilməsi planlaşdırılır.
Hər iki struktur bir sıra xarici ölkələrdə ortaq reklam və marketinq fəaliyyəti həyata keçirəcək.
Mədəniyyət və Turizm Nazirliyində hesab edirlər ki, Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, ABŞ, İsrail, Çin və Körfəz ölkələrini prioritet hesab edirlər. AZAL bu istiqamətlərin hamısına müntəzəm reyslər həyata keçirir. 08D
-
- İqtisadiyyat
- 17 Noyabr 2015 13:12
-
- İqtisadiyyat
- 17 Noyabr 2015 13:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz