Oliqarxlara yaxın üç şirkət ləğvetmə mərhələsinə daxil olub
Oliqarxlara bu və ya digər formada yaxın olan üç şirkət ləğvetmə mərhələsinə daxil olub. “Balitor”, “Avion” və “Petrol-Servis” şirkətlərinin ləğv edilməsi barədə məlumat “Vergilər” qəzetində dərc edilib.
Hər üç şirkətin direktoru eyni şəxs – Sadiq Əliyevdir. İlk iki şirkət Bakı şəhəri Süleyman Rüstəm, ev 9, m. 4 ünvanında yerləşir. Kommersiya şəxslərin dövlət reyestrinə əsasən, “Balitor” MMC-nin təsisçisi “Solos” MMC-dir. Hər ikisi 2010-cu ildə Kommersiya hüquqi şəxslərin dövlət reyestri ictimaiyyət üçün açıq olanda təsis edilib. Amma onda da “Solos” MMC-nin təsisçisinin (təsisçilərinin) adı açıqlanmayıb. Amma onun direktoru olan Əşrəf Kamilov ən azı iki holdinqə (Akkord və Synergy Group) nəzarət edir. Onun “AtaBank”, “Bank VTB (Azerbaycan)” və başqa şirkətlərdə də payı var.
“Solos” MMC-nin direktoru vəzifəsi bu gün vakantdır.
Ə.Kamilov bir müddət Vergilər Nazirliyində işləyib.
“Avion” MMC-nin təsisçisi kimi 2009-cu ildə Səid Əliyev çıxış edib. O da Vergilər Nazirliyində işləyib və Kamilovla biznes münasibətləri olub.
Bu şirkətlərin (“Balitor”, “Avion”) fəaliyyəti barədə heç nə məlum deyil. “Petrol-Servis” 2012-ci ildə Vergilər Nazirliyinin poliqrafiya məmulatının çapı üzrə tenderinin qailibi olub. Müqavilənin qiyməti 61 min 792,71 manat təşkil edib. 08B
-
- İqtisadiyyat
- 17 Noyabr 2015 13:09
-
- İqtisadiyyat
- 17 Noyabr 2015 13:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz