Korporativ qiymətli kağızların birja dövriyyəsi iki dəfə azalıb
Hələ təşəkkül mərhələsini yaşayan Azərbaycanın fond bazarı valyuta bazarındakı böhrandan doağn yeni çağırışların öhdsindən gələ bilmir. İlin əvvəlindən bazrda iki dəfə azalma var.
Bakı Fond Birjasının məlumatına görə, on ayda korporativ qiymətli kağızların birja dövriyyəsi 1 mlrd 943,9 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən iki dəfə azdır.
Dövlət qiymətli kağızlar bazarında 20,5 mln manat səviyyəsindədir. Bu, ötən ilin eyni dövründəkindən 513,5 mln manat azdır. İpoteka Fondunun 36 mln 386,5 min manatlıq (-9%) istiqrazları yerləşdirilib. İpoteka istiqrazlarının təkrar bazarında iki dəfə artım maliyyə şirkətlərinin aralıq sərbəst vəsaitlərinin yerləşdirilməsi üçün digər fond alətlərinin olmaması ilə izah edilir.
Əsasən QBKT olan şirkətlər on ayda faizli istiqrazlar buraxmaqla 18,9 mln manat cəlb edib.
İlin əvvəlindən emitentlər 266,7 mln manatlıq səhm yerləşdirib. Bu, ötən ilin eyni dövründəkindən üç dəfə azdır. Bu il investor qismində 111 şəxs çıxış edib. Ötən il ilkin bazarda 600 hüquqi və fiziki şəxs iştirak edirdi.
Mütəxəssislər bildirir ki, BFB və QKDK-nın bazarın inkişafı üçün səyləri yetərli deyil. Çünki korprativ QK bazarında tələb və təklifin stimullaşdırılması üzrə real addımlar yoxdur. 08D
-
- Cəmiyyət
- 17 Noyabr 2015 12:24
-
- İqtisadiyyat
- 17 Noyabr 2015 13:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz