AZAL gələcək anaların daşınması üzrə yeni qaydalar tətbiq edir
Avqustun 1-dən etibarən «Azərbaycan Hava Yolları» QSC (AZAL) hamilə və zahı qadınların, həmçinin təzə anadan olan körpələrin yeni daşınma qaydalarının tətbiqinə başlayıb.
Bundan sonra gələcək analar hava nəqliyyatından istifadə edərkən özlərinin və körpələrinin əhvalından asılı olaraq, həmçinin özlərinin və bətnindəki uşaqların sağlamlıqlarına ehtimal olunan təhlükənin olduğunu nəzərə alaraq hava nəqliyyatından istifadə etmələrini özləri müəyyənləşdirə biləcəklər.
AZAL-ın aviareysləri ilə 32 həftəlik hamilə, həmçinin doğuşdan sonra 7 günədək olan zahı qadınların daşınmasına icazə verilmir.
Təzə anadan olan körpələr isə doğuşdan 7 gün sonra anası, atası və ya körpəyə məsuliyyət daşıyan şəxsin müşayiəti ilə AZAL-ın aviareyslərinə buraxılır.
Hamiləliyin 26-cı həftəsindən sonra (32-ci həftə daxil olmaqla) sərnişin aviaşirkətin rəsmi nümayəndəsinə qadını müalicə edən həkimdən onun sağlamlığı haqqında, hamiləliyin müddəti və onun növü (bətnində neçə körpənin olduğu), hamiləliyin patologiyasının olub-olmaması, uşaqsalma və ya vaxtından əvvəl doğuş təhlükəsinin olmamasını təsdiq edən arayış təqdim etməlidir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz