Azərbaycan-Argentina birgə işçi qrupu dekabrda yığışacaq
İyulun 11-də Bakıda iqtisadi İnkişaf naziri Şahin Mustafayevin Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşü zamanı bu ilin dekabrında ticarət-iqtisadi əməkdaşlıq haqqında birgə işçi qrupunun ilk iclasının keçirilməsi barədə ilkin razılıq əldə edilib. Azərbaycan parlamenti 2012-ci ilin dekabrında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş təsdiq edilsə də, işçi qrupun tərkibi razılaşdırılmamışdı.
İİN mətbuat xidmətinə Turan-a bildiriblər ki, müzakirələr zamanı bu ilin dekabrında iki ölkənin iş adamları arasında biznes forumun təşkili barədə ilkin razılıq əldə edilib.
Tərəflər kənd təsərrüfatı, İKT, turizm, dərman istehsalı, tikinti, alternativ enerjisi istehsalı və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediblər.
Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ildə 2 ölkə arasında əmtəə dövriyyəsi 59% azalaraq $15 mln olub. Bu isə tamamilə argentinalı ixracatçıların xidmətidir. Azərbaycanın ixracatı isə dayanıb. 2012-ci ildə Azərbaycan Argentinadan meyvə, kərə və bitki yağı, soya ekstraktı və s idxal edib. 08D
-
- Cəmiyyət
- 12 İyul 2013 15:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz