Azərbaycan banklarının yekun mənfəəti 204,7 mln manata çatıb
Yanvar-iyulda Azərbaycanda fəaliyyət göstərən bankların ümumi gəlirləri 1158,24 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 273,24 mln manat və ya 30,9% çoxdur. Faiz olmayan gəlirlər 18,8% artaraq 234,03 mln manat olub.
Bankların xərcləri 173,1 mln manat və ya 24,7% artaraq 872,95 mln manat olub. Aktivlər üzrə ehtiyat ayırmalar ötən ilin eyni dövrü ilə müqayisədə 60,61 mln manat və ya 52,5% azalaraq 66,9 mln manat (aktivlər il ərzində 26,2% artıb) təşkil edib.
AMB-dən Turan-a verilən məlumata görə, bank gəlirlərinin strukturunda əsas hissə faiz gəlirlərinin – 79,8%, xərclərdə faiz ödəmələrinin (52,8%) payına düşüb.
Bankların vergi ödənilənədək illik mənfəəti 218,31 mln manat olub. Bu, 2012-ci ilin eyni dövründəkindən 3,7 dəfə çoxdur. Bank sisteminin yekun mənfəəti il ərzində 4,2 dəfə artaraq 204,66 mln manat olub. Sektorda daha çox mənfəət (252,98 mln manat) 2009-cu ildə olub.
2013-cü ilin 7 ayında 39 bank rentabelli işləyib. Onların ümumi xalis mənfəəti 213,74 mln manat olub. 4 ziyanla işləyən bankın itkisi 9,09 mln manat təşkil edib. 2012-ci ilin eyni dövrü ilə müqayisədə mənfəətli bankların sayı 6 vahid artıb. Ziyanla işləyən bankların sayı 6 vahid, onların ümumi itkisi isə 10,7 dəfə azalıb. --15В--
-
- Cəmiyyət
- 6 Sentyabr 2013 14:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz