Azərbaycan biznesmenləri yenə Aktauya gedir
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Qazaxıstanın Aktau şəhərində Qazaxıstan-Azərbaycan biznes forumunun keçirilməsini planlaşdırır. Məqsəd Azərbaycanda istehsal olunan məhsulların ixracının genişləndirilməsidir.
İki ölkənin işgüzar dairələrinin əvvəlki görüşü ötən ilin iyununda iqtisadiyyat və sənaye naziri Şahin Mutafayevin səfəri çərçivəsində baş tutmuşdu. Foruma sənaye, qida emalı, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən iş adamları qatılmışdı.
Azərbaycan Qazaxıstanın qərb regionlarında logistika mərkəzləri yaratmaq istəyir. Rəsmi məlumata görə, Qazaxıstanın qərbində Azərbaycan kapitallı 46 müəssisə, Azərbaycanda 37 Qazaxıstan şirkəti işləyir.
Bu ilin fevralında Qazaxıstanın Manqistau vilayətindən 20 sahibkardan ibarət nümayəndə heyəti Bakıya gəlmişdi.
Bu il iki ölkə arasında ticarət dövriyyəsi azalıb. Azərbaycan gömrüyünün məlumatına görə, bu ilin 5 ayında Azərbaycandan Qazaxıstana ixracat ($14,6 mln) 36,5% azalıb. Qazaxıstandan Azərbaycana idxal ($118,3 mln) 5,3% azalıb.
Azərbaycan Qazaxıstana meyvə və tərəvəz, mis konsentratı, neft boruları ixrac edir. Qazaxıstandan taxıl, metal prokatı alır. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz