Azərbaycan çətin ki beynəlxalq maliyyə qurumlarından kredit ala bilsin
Ötən həftə beynəlxalq maliyyə qurumları missiyası ilə Azərbaycan rəhbərliyi arasında danışıqlar ağır keçib və nəticə verməyib.
Qeyri-rəsmi mənbələrdən Turan-a məlum olub ki, kreditlərin verilməsi ilə bağlı xahişin cavabında beş tələb irəli sürülüb: geniş özəlləşdirmə, dövlət aparatında ixtisarlar, real məhkəmə islahatları, əmək haqları, pensiya və dövlət xərclərinin dondurulması, ÜTT-yə daxil olmaq.
Mənbənin məlumatına görə, hökumət beş şərtdən yalnız ikisi ilə razılaşıb. Nəticədə beynəlxalq qurumlar kreditin verilməsini mümkünsüz hesab ediblər.
Bu, belə düşünməyə əsas verir ki, hökumət böhran əleyhinə ciddi tədbirlər həyata keçirməyə hazır deyil.
Britaniyanın “Financial Times” nəşrinin məlumatına görə, Azərbaycan hakimiyyəti BVF və Dünya Bankından 4 mlrd. dollar almağı planlaşdırmışdı. Lakin dövlət başçısı bu məlumatı təkzib edərək “antiazərbaycan qüvvələrin yalanı” adlandırıb. O əlavə edib ki Azərbaycanın xarici maliyyə yardımına ehtiyacı yoxdur. 02В-
-
- İqtisadiyyat
- 1 Fevral 2016 12:20
-
- İqtisadiyyat
- 1 Fevral 2016 12:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz