Expressbank 2015-ə yekun vurub
«Expressbank» ASC ötən ilin yekunlarını açıqlayıb. 2015-ci ildə bankın aktivləri 321,8 mln manat, kredit portfelinin həcmi 275,2 mln manat (il ərzində +16,6%) olub.
Bankın depozitləri 123,7 mln manat, o cümlədən əhalinin əmanətləri 79,6 mln manat (+27,2%) təşkil edib.
«Expressbank»ın məcmu kapitalı 138,7 mln manatdır.
«Expressbank» ASC 1989-cu ildə yaradılıb. Bankın 18 filialının üçdə biri Bakı və Sumqayıtdadır.
Müşahidə Şurasının sədri Fəxrəddin Bağırov, İdarə Heyətinin sədri Emin Məmmədovdur. Bankın səhmdarları 4 hüquqi şəxs, o cümlədən "ADOR" (42%) və "Azenko qrup" (40%) MMC-dir. --17D—
-
- İqtisadiyyat
- 1 Fevral 2016 12:24
-
- Cəmiyyət
- 1 Fevral 2016 12:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz