SOCAR qış dövründə Gürcüstana qaz tədarükünü 50 mln kubmetr artıracaq
SOCAR qış dövründə Gürcüstana qaz tədarükünü 50 mln. kubmetr artıracaq, deyə şirkətin saytında məlumat verilir.
Məlumatda vurğulanır ki, SOCAR Gürcüstana təbii qaz tədarükünün optimallaşdırılması məqsədilə Gürcüstan tərəfinin müraciəti əsasında “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) konsorsiumlarının səhmdarları ilə danışıqlar aparıb.
«Gürcüstana qaz ixracı haqqında müvafiq müqavilələrdə müəyyən olunmuş mövsümlə bağlı məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi barədə razılıq əldə edilib. Razılığa əsasən qış dövründə Gürcüstana qaz tədarükü minimum 50 mln kubmetr artırılacaq”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2015-ci ildə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Gürcüstana ixrac edilən Azərbaycan qazının həcmi 721 mln kubmetr təşkil edib (artım 5,3%). —0--
-
- İqtisadiyyat
- 1 Fevral 2016 12:18
-
- İqtisadiyyat
- 1 Fevral 2016 12:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz