Azərbaycan energetikləri avqust maaşını almayıb
“Azərenerji” ASC ciddi maliyyə problemi ilə üzləşib.
Turan agentliyi müəyyən edib ki, vergi orqanları III rüb üzrə dövlət büdcəsinə vaxtında ödəniş tələb ediblər. Bununla bağlı şirkətin bütün gəlirləri büdcə öhdəliklərinə xidmətə sərf edilib.
“Azərenerji” ASC digər problemlə üzləşib - əməkdaşlarına maaş verə bilmir. Bu barədə Turan yazmışdı.
Oktyabrın yarısı arxada qalıb, amma şirkətin əməkdaşları avqust maaşını ala bilmir. “Deyirlər ki, bir qədər də dözün”, - deyə “Azərenerji” ASC-nin İES-lərindən birinin əməkdaşı Turan-a bildirib. Digər qurumlarda da maaşlar hələ verilməyib.–12В--
-
- Cəmiyyət
- 15 Oktyabr 2015 17:42
-
- İqtisadiyyat
- 15 Oktyabr 2015 17:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz