Azərbaycan, Gürcüstan və Türkiyə Şərq və Qərb arasında körpüdür
Baş nazir İrakli Qaribaşvili Batumidə keçirilən biznes-forumda bildirib ki, Gürcüstan, Azərbaycan və Türkiyənin regionu Şərq və Qərb arasında mühüm oyunçuya çevirmək üçün kifayət qədər potensialı var, xəbəri “Pirveli” agentliyi yayıb.
İrakli Qaribaşvilinin bəyanatına görə, Gürcüstan üçün regionda əsas oyunçuların ölkədə layiqincə təmsil olunması vacibdir. “Gürcüstan üçün Türkiyə və Azərbaycan əsl dost dövlət, əsas strateji tərəfdaşımızdır və biz həmişə dostluq münasibətlərimizin daha da dərinləşdiyini qeydə alırıq”, deyə baş nazir forumda bildirib.
“Şəxsən mən bizim dünyanın biznes-sektorunun müxtəlif qabaqcıl mövqelərində olan belə güclü tərəfdaşlarımız olması ilə fəxr edirəm. Son illər, demək olar ki, Gürcüstan, Azərbaycan və Türkiyə arasında qarşılıqlı iqtisadi münasibətlərdə ən məhsuldar dövrdür. Əminəm ki, gələcəkdə bu təmayüllər qorunub saxlanacaq və əməkdaşlığımız daha maraqlı və uğurlu layihələrin həyata keçirilməsinə şərait yaradacaq”, deyən Qaribaşvili qeyd edib ki, Gürcüstancazibədar investisiya mühiti yaratmaq üçün səylərini əsirgəmir.
“Əminəm ki, ölkələrimiz – Gürcüstan, Azərbaycan və Türkiyə bütün regionu Qərb və Şərq arasında iqtisadi münasibətlərdə mühüm oyunçuya çevirmək üçün kifayət qədər potensiala malikdir”, deyə o bildirib. -06D-
-
- İqtisadiyyat
- 6 Mart 2015 15:25
-
- Siyasət
- 6 Mart 2015 15:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz